Ərəbistanın Nəcran hava limanı ələ keçirilib
İyul 01, 2015 15:01 Asia/Baku
-
Ərəbistanın Nəcran hava limanı ələ keçirilib
Səudiyyəli müxaliflər Ərəbistanın cənubundakı Nəcran hava limanını ələ keçiriblər.
Fars xəbər agentliyinin məlumatına görə, Nəcran Azadələri Müxalifət Hərəkatının qüvvələri bu gün Ərəbistanın cənubundakı Nəcran hava limanına hücum edərək, Ali-Səud rejimi qüvvələri ilə toqquşduqdan sonra aeroportu ələ keçiriblər.Bu məlumata görə, bu toqquşmada Ərəbistan ordusunun otuz hərbçisi öldürülüb, bir qrup hərbçi də yaralanıbdır.
Nəcran Azadələri Müxalifət Hərəkatının qüvvələri dünən də bu məntəqə qəbilələrinin köməyi ilə Nəcranın cənubunda Ərəbistan ordusunun bir vertolyotunu məhv etmişdilər.
Nəcran məntəqəsinin qəbilələri iki həftə bundan öncə səudiyyə rejiminə qarşı müharibə elan edərək, Nəcranın Ərəbistanın mərkəzi dövlətindən ayrılmasını istəmişdilər. Bu hərəkat müsəlmanlardan və din alimlərindən istəyibdir ki, öz birlikləri ilə Ərəbistanın fitnəkarlıqları qarşısında möhkəm sədd yaratsın və Ali-Səud rejimi ilə mübarizə üçün münasib tədbirlər görsünlər.
Teqlər