İyul 02, 2015 11:11 Asia/Baku
  • İraq qüvvələrinin əməliyyatları davam edir
    İraq qüvvələrinin əməliyyatları davam edir

İraq qüvvələri ölkədə stabillik və təhlükəsizliyi bərqərar etmək üçün əməliyyatları davam etdirirlər.

Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, İraq ordusu və xalq qüvvələri çərşənbə gecə İŞİD terror qruplaşmasının ünsürləri ilə döyüşlərdən sonra Səlahəddin vilayətinin Bici şəhərində geniş əraziləri onların işğalından azad ediblər.
İraq ordusu və xalq qüvvələrinin əməliyyatında çoxlu sayda terrorçu öldürülüb.
İraqın şərqində Diyalə vilayətinin Bəqubə məntəqəsində də Dəclə əməliyyat komandanlığına bağlı təhlükəsizlik qüvvələri hərbi hava və xalq qüvvələrinin dəstəyi ilə 21 İŞİD-çi, o cümlədən İŞİD-in çeçen başçılarından Əbu Bilal əl-Şişanini öldürüblər.
HƏmçinin Seyda şose yolunda bomba partlaması nəticəsində 5 iraqlı sivil həlak olub, 9 nəfər də yaralanıb.
İraq təhlükəsizlik qüvvələri Bəqubənin şimal-qərbində bomba quraşdırmaq və sivilləri qətlə yetirmək ittihamı ilə axtarışda olan şəxslərdən 5 nəfəri həbs ediblər.
Digər tərəfdən İraqın Bədr Təşkilatının baş katibi və xalq könüllü qüvvələrinin yüksək səviyyəli komandanlarından Hadi əl-Amiri France 24 telekanalı ilə müsahibədə deyib: Xalq könüllü qüvvələri İraqın işğal olunmuş ərazilərinin azad olunmasında önəmli rolu oynayırlar.
Hadi əl-Amiri əlavə edib: Xalq qüvvələrinin İŞİD-ə qarşı əməliyyatı təkcə İraq sərhədləri ilə məhdudlaşmayacaq və bu qüvvələr hətta Suriyada da İraqa qarşı təhdid olduğu halda İŞİD terrorçularının qarşısında möhkəm sədd olacaqlar.

Teqlər