Livanda Ümumdünya Qüds günü
İyul 03, 2015 08:40 Asia/Baku
Ümumdünya Qüds günü yüzdən çox fələstinli və livanlı şəxsiyyətin iştirakı ilə Livan paytaxtının Cənubi Zaxiyyə məntəqəsində keçirilib.
Ümumdünya Qüds günü ərəfəsində keçirilən bu iclasda Hizbullahın baş katib müavini Şeyx Nəim Qasim, Həmas-ın siyasi bürosunun sədr əvəzi Musa Əbu Mərzuq, Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin baş katibi Əhməd Cəbrəil və Livanın sünni əhlinin tanınmış din xadimlərindən olan Şeyx Mahir Həmud çıxış ediblər.Natiqlər hər ilin mübarək ramazan ayının sonuncu cüməsini Ümumdünya Qüds günü elan etmiş Həzrət İmam Xomeyni(r.ə)-in xatirəsini əziz tutaraq, bildiriblər ki, Fələstin məsələsi İslam və ərəb ümmətinin real kompası və onların sionist düşmənlə döyüşdə əsas planıdır.
Yığıncaqda belə qeyd olunub: Regionda baş verənlər, xüsusən terrorçu-təkfirçi İŞİD qrupu kimi təkfirçi fenomenin meydana gəlməsi kompasın əqrəbini ərəb və müsəlman xalqların real düşmənindən, yəni sionist rejimdən uzaqlaşdırmaq və ərəb və İslam ümmətinin güc ünsürlərini məhv etmək üzrə bu rejim və Qərb müstəmləkəçiliyinin məhsuludur.
İştirakçılar ərəb və İslam ümmətindən, xüsusən onların elitalarından istəyiblər ki, hazırkı təhlükəli etapla bağlı sayıq olaraq, təkfirçi qruplar tərəfindən İslam dininin elmi və nəzəri təhrifi ilə üzləşmə, əsl Muhəmməd(s.ə.s.) İslamını tanıtdırma və sıraların birliyi üçün səy və həmkarlıq etsinlər.
Bu iclasda vurğulanıb ki, təbliğatların əksinə olaraq, İran, İslam Dünyası məsələləri qarşısında həmişə əlindən gələni əsirgəməyib və öz məsuliyyətlərini üzərinə götürüb, eləcə də milliyyət, irq və məzhəb kimi bəhanələrlə müsəlmanlar arasında fərq qoymayıbdır.