İraqda İŞİD-in çoxlu sayda cinayəti ifşa edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195471-İraqda_İŞİd_in_çoxlu_sayda_cinayəti_ifşa_edilib
İraqın insan haqları naziri terrorçu İŞİD qrupunun bu ölkədəki çoxlu sayda cinayətindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2015 09:03 Asia/Baku
  • İraqda İŞİD-in çoxlu sayda cinayəti ifşa edilib
    İraqda İŞİD-in çoxlu sayda cinayəti ifşa edilib

İraqın insan haqları naziri terrorçu İŞİD qrupunun bu ölkədəki çoxlu sayda cinayətindən xəbər verib.

Asiya xəbər agentliyinin məlumatına görə, İraqın insan haqları naziri Muhəmməd Mehdi Əlbəyati bir mətbuat konfransında bildirib ki, terrorçu İŞİD qrupu ötən ildən bəri kütləvi qırğın, adam oğurluğu və qətl daxil olmaqla iraqlı mülkilərə qarşı insan hüquqlarının pozulması ilə bağlı təqribən dörd milyon halda cinayət törədib.
Muhəmməd Mehdi Əlbəyati əlavə edib: İŞİD qrupu son zamanlar Niynəva vilayətində mülkilərin qırğınında dəhşətli üsullardan istifadə edir və bu, Bicinin terrorçuların işğalından azad edilməsinə əsasən, həmin qrupun məğlubiyyətini və məhv olmaqda olduğunu göstərir.