İyul 03, 2015 13:35 Asia/Baku
  • UNRWA Qəzzə zolağının böhranlı şəraiti haqda xəbərdarlıq edib
    UNRWA Qəzzə zolağının böhranlı şəraiti haqda xəbərdarlıq edib

BMT-nin tabeliyində olan Fələstinli Azadələrin İşlə Təmini və Yardım Agentliyi(UNRWA) sionistlərin mühasirəsinin davam etməsindən irəli gələn Qəzzə zolağının böhranlı şəraiti haqda xəbərdarlıq edib.

Press TV-nin məlumatına görə, UNRWA-nın Qəzzə zolağındakı əməliyyat müdiri Robert Turner deyib ki, sionist rejimin Qəzzə zolağını mühasirə etməsindən səkkiz ildən çox bir vaxt keçir və bu müddətdə Qəzzədəki fələstinlilərin həyat şəraiti daha da pisləşib.
Robert Turner Qəzzə zolağındakı fələstinli didərginlərə yardım üçün kəskin maliyyə çatışmazlığı barədə xəbərdarlıq edərək, bildirib ki, sionist rejimin 2014-cü ildəki hücumlarında doqquz min mənzil tam və 120 min mənzil də cüzi şəkildə dağılıb və bu dağılmış doqquz min mənzildən hətta bir dənəsi belə, bərpa edilməyibdir.

Teqlər