Suriyada strateji bölgə terrorçulardan təmizləndi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195494-suriyada_strateji_bölgə_terrorçulardan_təmizləndi
Suriya ordusu ölkənin şimal-şərqində yerləşən Həsəkədə əl-Leylə strateji mənqəsinə nəzarəti tam şəkildə ələ keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2015 08:32 Asia/Baku
  • Suriyada strateji bölgə terrorçulardan təmizləndi
    Suriyada strateji bölgə terrorçulardan təmizləndi

Suriya ordusu ölkənin şimal-şərqində yerləşən Həsəkədə əl-Leylə strateji mənqəsinə nəzarəti tam şəkildə ələ keçirib.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadlı məlumatına görə, Suriya ordusu qüvvələri bu ölkə xalq qüvvələrinin əməkdaşlığı ilə Həsəkə vilayətinin terrorçulardan təmizlənməsi əməliyyatının davamında əl-Leylə məntəqəsinə nəzarəti tam ələ keçirərək İŞİD terror qruplaşmasını geri çəkilməyə məcbur ediblər.
Bu məlumata görə, Suriya ordusu qüvvələrinin İŞİD terrorçuları ilə ağır döyüşləri olduğu bu əməliyyatda onlarla terrorçu öldürülüb.
İŞİD-in Həsəkədə Qərbi Nəşvə dağına geri çəkilməsi ilə Suriya ordusu qırıcı təyyarələri terror qruplaşmanın bu dağdakı mövqelərini atəşə tutub.
Həmçinin Suriya ordusunun hərbi helikopterləri da İŞİD-in mövqeləri, Şərqi və Qərbi Nəşvə məhəllələrində bu terror qruplaşmasına yardım yolları, əl-Səkən əl-Şəbabi, əl-Səqabə məntəqəsi və əl-Riyaziyyə şəhərciyini bombardman ediblər.
Digər tərəfdən Livanın əl-Məyadin xəbər telekanalı bildirib ki, Suriyanın şimal-qərbində yerləşən Hələbin qərbində elmi araşdırmalar mərkəzi istiqamətində ordu ilə terror qruplaşmaları arasında ağır döyüşlər davam edir.
Əl-Məyadinin bildirdiyinə görə, Suriya qırıcı təyyarələri Hələbə ondan çox hücum edərək silahlı terrorçuların mövqelərini hədəfə alıb.
Bu arada Suriya ordusu qüvvələri terrorçu ünsürlərin Hələbin qərbində Cəmiyyət əl-Zəhra məntəqəsinə hücumunun qarşısını alıblar.