İraqda 1 milyonluq könüllüdən ordu təşkil olunur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195518-İraqda_1_milyonluq_könüllüdən_ordu_təşkil_olunur
İraq xalq könüllü qüvvələrinin yüksək çinli komandanlarından biri bu ölkədə 1 milyonluq könüllü ordunun təşkil olunduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2015 19:18 Asia/Baku
  • İraqda 1 milyonluq könüllüdən ordu təşkil olunur
    İraqda 1 milyonluq könüllüdən ordu təşkil olunur

İraq xalq könüllü qüvvələrinin yüksək çinli komandanlarından biri bu ölkədə 1 milyonluq könüllü ordunun təşkil olunduğunu bildirib.

İraq könüllü qüvvələrinin hərbi təlim məsulu və Bədr Təşkilatının üzvü Müin əl-Kazimi şənbə günü İRNA-ya verdiyi müsahibədə mərcəiyyətin İŞİD-lə mübarizə üzrə fitvasının böyük rəğbətlə qarşılandığına toxunaraq deyib: Bu qüvvələrin komandanlığı könüllüləri qarşılayaraq hərbi qüdrətini 1 milyon döyüşüyə yüksəltmək niyyətindədir.
Müin əl-Kazimi əlavə edib: Bəzi bölgələrin azad olunmasının yaxınlaşdığını nəzərə aldıqda bu bölgələrin təhlükəsizliyini təmin etmək üçün könüllülərin iştirakı zəruridir.