Yəməndə Ərəbistanın bir casusluq pilotsuzu vurulub
İyul 05, 2015 05:05 Asia/Baku
-
Yəməndə Ərəbistanın bir casusluq pilotsuzu vurulub
Yəmənli qaynaqlar bu ölkənin Hava Hücumundan Müdafiə qüvvələrinin atəşləri ilə Ərəbistanın bir casusluq pilotsuzunun vurulub, yerə salınmasından xəbər veriblər.
Röyters xəbər agentliyinin məlumatına görə, Yəmənin Hava Hücumundan Müdafiə qüvvələri dünən axşam Zəmmar şəhəri səmasında Ərəbistanın bir casusluq pilotsuzunu vurmağa müvəffəq olublar.İndiyədək Yəmənin Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən Ərəbistanın bir neçə qırıcısı, helikopteri və pilotsuzu vurulub, yerə salınıbdır.
Ərəbistan Yəmənə yiyələnmək və Yəmənin istefa vermiş və fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaq üçün bir neçə ərəb ölkəsindən ibarət koalisiya ilə mart ayından Yəmənə qarşı quru, hava və dəniz mühasirəsi və hava hücumlarına başlayıb.
Ərəbistanın düşmənçilik hərəkətləri indiyədək Yəmənin müdafiəsiz əhalisindən on minlərlə nəfərin həlak olması, yaralanması və bu ölkə infrastrukturlarının dağılmasına bais olubdur.
Teqlər