İyul 05, 2015 10:34 Asia/Baku
  • İŞİD 25 suriyalı əsgəri edam edib
    İŞİD 25 suriyalı əsgəri edam edib

Terrorçu İŞİD qrupu tarixi Tədmər şəhərində 25 suriyalı əsgərin edam edilməsi barədə bir film yayıb.

IRIB-nin məlumatına görə, bu cinayətkar hərəkət Tədmər şəhərinin qədim amfiteatrında törədilib.
Bu cinayət ehtimal üzrə may ayında törədilib.
Üzüörtülü bir qrup İŞİD-çi uşaq, əsgərləri güllə ilə edam edirlər. Edam əməliyyatı bir qrup uşaq və kişinin gözləri önündə həyata keçirilib.
Digər tərəfdən, terrorçu İŞİD qrupu Fəllucə və Ərrəmadi şəhərlərindən qırx gənc iraqlı qadını satış üçün Suriyaya köçürüb.
Başqa bir xəbərə görə, bu təkfirçi-terroçu qrup, onun Fəllucə şəhərindən çıxmaq üçün hər nəfərə təyin etdiyi 800 dolları ödəmədən bu şəhərdən çıxmaq istəyən dörd qadın və doqquz uşağı diri-diri yandırıb.
Suriyadakı terror qrupları, o sıradan İŞİD və Əlnusrə ABŞ, Ərəbistan və sionist rejimin kəşfiyyat xidmətlərinin məhsuludurlar.
Ekspertlərin qənaətincə, bu terror qruplarının vəhşicəsinə hərəkətlərinə əsasən, onların əsas hədəfi, müsəlmanlara zərbə vurmaq, İslamın imicinə xələl gətirmək və bütün Yaxın Şərq regionunda davamlı əmin-amansızlıq və böhran yaratmaqdır.

Teqlər