Ali-Səudun Yəməndə yeni cinayəti(yenilənib)
İyul 05, 2015 09:46 Asia/Baku
-
Ali-Səudun Yəməndə yeni cinayəti
Ali-Səud rejimi qırıcılarının Yəmənin Həccə vilayətinə qarşı hücumunda 35-dən yuxarı mülki şəhid olub.
IRIB-nin məlumatına görə, səudiyyə qırıcılarının dünən axşam Həccədəki Hirz rayonunun Ahəm üçbucağı məntəqəsinin bazarına qarşı hücumunda 35-dən yuxarı yəmənli şəhid olub, 70-dən yuxarı insan da yaralanıbdır.Həmçinin səudiyyə qırıcılarının Səna, Səədə, Ədən, Ləhəc, Marəb, Əbin və Umran vilayətlərinə qarşı hücumlarında on nəfərdən çox insan həlak olub və onlarla nəfər yaralanıb.
Səudiyyə qırıcıları Səədə vilayətindəki Razəh şəhərinin Əlnəzi məntəqəsində yerləşən məscidlərin birini bombalayıblar ki, bir qrup namazqılanın həlak olması və yaralanması ilə nəticələnib.
Ali-Səudun Yəmənə qarşı hücumundan üç aydan çox bir vaxt keçir, amma Ərəbistan bu militarizmin Yəmən xalqı üçün törətdiyi ağır nəticələrə rəğmən, mülkilərə və yaşayş massivlərinə qarşı hava hücumlarını davam etdirməkdədir. Bu hücumlarda Yəmən xalqından minlərlə nəfər həlak olub və yaralanıb.
Teqlər