Beynəlxalq ictimaiyyət sionist rejimin cinayətlərindən narazıdır
İyul 06, 2015 08:28 Asia/Baku
-
Beynəlxalq ictimaiyyət sionist rejimin cinayətlərindən narazıdır
Londonda anti-müharibə fəalı beynəlxalq ictimaiyyətin sionist rejimin cinayətlərindən narazı olduğunu bildirib.
Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadlı məlumatına görə, Londonda anti-müharibə fəalı SAra Marosk deyib: Beynəlxalq ictimaiyyət sionist rejimin Fələstin xalqına qarşı cinayətinin araşdırılmasını istəyir.Anti-müharibə fəalı əlavə edib: Fələstinlilər hələ də ötən bir ilin müharibəsinin təsirləri altında yaşayır, yaşamaq üçün evləri yoxdur, məktəblər hələ də viranədir, öz ehtiyaclarını təmin edə bilmirlər və beynəlxalq ictimaiyyətlə mübadilə edə bilmirlər.
Maroskun sözlərinə görə, beynəlxalq ictimaiyyət artıq ABŞ-la eyni istiqamətdə hərəkət etmək istəmir və sionist rejimin cəzalandırılmasını istəyir.
Anti-müharibə fəalı həmçinin deyib: BMT İnsan Haqları Şurasının qətnaməsi beynəlxalq ictimaiyyətin sionist rejimin cinayətlərini araşdırmasını tələb edir.