İyul 06, 2015 08:32 Asia/Baku
  • Yəməndə əl-Qaidə başçılarından biri öldürüldü
    Yəməndə əl-Qaidə başçılarından biri öldürüldü

Yəməndə əl-Qaidə terror qruplaşmasının başçılarından biri Məhəmməd Başəmilə Ədən şəhərinin əl-Bəsatin bölgəsində öldürülüb.

Səhər Beynəlxalq Televiziyasının Yəmənin rəsmi informasiya agentliyinə istinadlı məlumatına görə, Yəmənin məlumatlı hərbi rəsmisi deyib: Başəmilə Yəmən ordusu və xalq qüvvələri ilə döyüşlərdə öldürülüb.
O əlavə edib: Bu terrorçu əl-Qaidə-nin ən təhlükəli üzvlərindən və "ölüm batalyonu"nun komandanı idi. Belə ki, təlim keçmiş terrorçuları döyüş meydanına, xüsusilə də qəfil hücumlar üçün göndərmək onun ixtiyarında idi.
Bu rəsmi Yəmən ordusu, xalq qüvvələri və vətəndaşların əl-Qaidə və digər terror qruplaşmaları ilə mübarizə istiqamətində sıraya düzüldüyünü bildirərək deyib: Buna əsasən ordu və xalq qüvvələri xalqın tələbinə cavab verməli və terrorçuların kökünü kəsməlidir.

Teqlər