İyul 06, 2015 13:24 Asia/Baku
  • Yəməndə müvəqqəti atəşkəs bərqərar ola bilər
    Yəməndə müvəqqəti atəşkəs bərqərar ola bilər

Yəmən Ənsarullah Hərəkatının Siyasi Şurasının üzvü bu ölkədə müvəqqəti atəşkəs barədə ümidvarlıq edib.

Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Yəmən Ənsarullah Hərəkatının Siyasi Şurasının üzvü Məhəmməd əl-Bəxiti BMT-nin Yəmən məsələləri üzrə nümayəndəsi İsmayıl Vələd əl-Şeyx Əhmədlə müzakirələrin davam etdiyinə toxunaraq deyib: Bu ölkədə mübarək Ramazan ayının sonuna qədər müvəqqəti atəşkəsin bərqərar olunması qeyri-mümkün deyildir.
Ərəbistanın Yəməndə atəşkəsə əngəl törətdiyini bildirən əl-Bəxiti əlavə edib: Yəmənin geniş ərazisinə nəzarət edən Ənsarullah Hərəkatı bu ölkə vətəndaşlarının əzab-əziyyətinə son qoymaq üçün istənilən beynəlxalq səyi müsbət qarşılayır.
Yəmən Ənsarullah Hərəkatının Siyasi Şurasının üzvü bildirib: Bu hərəkat seçkilərin keçiriləcəyi zamana qədər milli iştiraka əsaslanan və Yəmənin bütün siyasi parametrlərini özündə ehtiva edən diplomatik həll yolunun əldə olunmasına səy göstərir.
3 aydan artıqdır ki, Ali-Səud rejimi Yəmənə hücum edir. Ərəbistan bu müharibənin Yəmən vətəndaşlarına çoxlu problemlər yaratmasına baxmayaraq, hələ də sivillərə və yaşayış massivlərinə qarşı hava hücumlarını davam etdirir. Bu hücumlar nəticəsində minlərlə yəmənli həlak olub və yaralanıb.

Teqlər