Səudiyyə qırıcılarının Yəmənə hücumlarının qurbanlarının sayı artıb
İyul 07, 2015 10:07 Asia/Baku
-
Səudiyyə qırıcılarının Yəmənə hücumlarının qurbanlarının sayı artıb
Yəmənli mənbələr Səudiyyə qırıcılarının bu ölkənin müxtəlif vilayətlərinə qarşı hücumlarında 124 yəmənliin öldürülməsindən xəbər veriblər.
Səba xəbər agentliyinin məlumatına görə, Yəmənin bir təhlükəsizlik rəsmisi bildirib ki, səudiyyəlilərin bu gün bu ölkənin müxtəlif vilayətlərinə qarşı hücumlarında qadın və uşaq daxil olmaqla azı 63 vətəndaş ölüb, onlarla nəfər də yaralanıbdır.Bu məlumata görə, səudiyyə qırıcıları Yəmənin Umran vilayətindəki Cub Əlsufla, Əlsəlatə və Qulə Əcib məntəqələrini bombalayıblar; nəticədə çoxlu sayda günahsız əhali həlak olub. Həmçinin səudiyyə qırıcılarının Ləhəc vilayətinin Əlfyuş məntəqəsində bir bazara hücumu nəticəsində 50 nəfər həlak olub, onlarla nəfər də yaralanıbdır.
Ədən vilayətinin Əlmuəlla şəhərində bir yaşayış məhəlləsinin səudiyyə hərbçiləri tərəfindən bombalanması nəticəsində də 7 yəmənli həlak olub və bir nəfər də yaralanıbdır.
Səudiyyə qırıcıları bir hərbi bazanı da Əlhədidə vilayətində hədəfə alıblar, nəticədə bir yəmənli həlak olub, iki nəfər də yaralanıbdır.
Bu məlumata görə, Səədə vilayətindəki Əlmucəmməl məntəqəsinin bombalanmasında üç vətəndaş həlak olub, bir neçə nəfər də yaralanıbdır.
Səudiyyə qırıcılarının Əlciraf məntəqəsi, eləcə də Hədə, Əlnəhdəyən və Əlinnab məhəllərini bombalanası zamanı 11 yəmənli yaralanıb. Ərəbistan həmçinin dörd dəfə Əlcuf vilayətində Əlməimrət və Şəbuhda Əlxəfəə məntəqəsini hədəfə alıb.
Teqlər