1 sutkada yüzlərlə yəmənli həlak oldu
İyul 08, 2015 13:12 Asia/Baku
-
1 sutkada yüzlərlə yəmənli həlak oldu
Ötən 24 saat ərzində Ali-Səud rejimi qırıcı təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə hücumları yüzlərlə yəmənlinin həlak olması ilə nəticələnib.
Səhər Beynəlxalq Televiziyasının əl-Aləm xəbər telekanalına istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə hücumları davam edir və ötən sutka ərzindəki hücumlar nəticəsində 176-dan çox yəmənli həlak olub.Bu arada Yəmənin mərkəzində əl-Bəyza təhlükəsizlik idarəsi yaxınlığında bomba quraşdırılmış bir avtomobil partladılıb. Nəticədə 10 nəfər həlak olub və bir qrup da yaralanıb. Bu idarə Ənsarullah Hərəkatının nəzarətindədir.
Əl-Məsirə xəbər telekanalı da bir reportajda bildirib ki, Həccə vilayətinin Hirz şəhərində Almaniya xəstəxanası çərşənbə axşamı gecə Ərəbistanın hava hücumuna iki dəfə məruz qalan xəstəxanalardandır. Bu hücum nəticəsində bir qrup xarici vətəndaş, tibb işçiləri və bu xəstəxananın gözətçiləri yaralanıblar.
Bu arada Ədən körfəzində yerləşən Ərəbistanın bir gəmisi Ləhic vilayətinin əl-Vəht məntəqəsində bir məscidi hədəfə alıb. Bu hücumla bağlı ilkin məlumatlara görə, hadisədə 9 nəfər həlak olub.
Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəmənə təcavüzü nəticəsində çoxlu sayda məscid, məktəb, dini obyektlər, bazarlar, muzeylər və tarixi qalalar viran edilmişdir.
Yəmən Ənsarullahı Hərəkatının Cenevrə müzakirələrindəki nümayəndəsi deyib: Bu ölkə böhranının həll yolu yəmənli olmalıdır.
Yəmən Ənsarullahının Cenevrə müzakirələrindəki nümayəndəsi Əli əl-İmad BMT-nin Yəmən böhranının həllində Ərəbistanın tərəfini saxladığına toxunaraq deyib: Yəmənin məsləhəti ərəbistanlı şahzadələr deyil, yalnız ölkə daxilindəki siyasi cərəyanlar və xalq tərəfindən gerçəkləşməlidir.
Amerikanın xərclərin təmin olunması yolu ilə bir çox beynəlxalq qurumlarda qərar qəbuledici rola malik olduğunu bəyan edən əl-İmad bildirib ki, amerikalılar və səudiyyəlilər BMT-yə nüfuz edərək bu beynəlxalq qurumda qərarların qəbul edilməsi mərkəzlərini ələ keçiriblər.
Teqlər