Ərəbistan Yəmənin Xizrmut vilayətini İŞİD-ə verməyə çalışır
İyul 09, 2015 04:51 Asia/Baku
-
Ərəbistan Yəmənin Həzərmut vilayətini İŞİD-ə verməyə çalışır.
Yəmən ordusunun sözçüsü deyib ki, Ərəbistanın Yəmənin Xizrmut vilayətində Yəmən ordusu qüvvələrinə qarşı hücumda məqsədi, silahlı qüvvələri aradan götürmək və bu vilayəti təkfirçi-sionist İŞİD qrupuna verməkdir.
Yəməndə Əlməsirə telekanalının məlumatına görə, Yəmən ordusunun sözçüsü Şərəf Loğman çərşənbə günü deyib: Düşmən qüvvələri bütün Yəmən xalqını və bu ölkənin silahlı və təhlükəsizlik qüvvələrini hədəfə alıb.Bu məlumata görə, səudiyyə-amerikan qırıcıların Yəmənin Xizrmut vilayətində yerləşən Ələbr qəsəbəsindəki 23-cü Miqa diviziyasının qərargahına qarşı hücumunun ardınca onlarla yəmənli əsgər ölüb və yaralanıb.
Bu məlumata əsasən, səudiyyə-amerikan qırıcılar 23-cü Miqa diviziyasının kazarmasına hücum edərək, vəhşicəsinə cinayət törədiblər.
Məlumatda deyilir ki, Xizrmut vilayəti, onda təkfirçi-sionist İŞİD qrupu və Əlqaidənin geniş və aşkar surətdə iştirakına görə, Ərəbistan qırıcıları tərəfindən bombalana bilməz. Buna görə, bu nəticəyə gəlmək olar ki, Xizrmut vilayətində yerləşən Ələbr qəsəbəsinin bombalanması Ərəbistanın Yəmən müharibəsində məğlub olmasının nişanəsi ola bilər.
Həmçinin Əlməsirə telekanalı dünən Yəmən paytaxtında iki Ərəbistan muzdurunun həbs edilməsindən xəbər verib.
Bu iki muzdur bir təhlükəsizlik mərkəzinə bomba atmaq istəyirmiş.
Teqlər