İsrail rejimi və Beytulmuqəddəsdə təhlükəsizlik tədbirlərinin şiddətlənməsi
İyul 09, 2015 12:33 Asia/Baku
Sionist rejim Ümumdünya Qüds günü ərəfəsində Beytulmuqəddəs şəhərində təhlükəsizlik tədbirlərini şiddətləndiribdir.
Əlaləm telekanalının məlumatına görə, sionist hərbçilər çərşənbə günündən və Ümumdünya Qüds gününə iki gün qalmış Qüds şəhərinin mühasirəsini şiddətləndirərək, bu şəhərdə çoxlu sayda yoxlama-buraxılış maneələri yaradıblar.Əlaləm-in işğal olunmuş Qüdsdəki müxbiri Xizr Şahin bir reportajda bildirib ki, Qüds şəhəri İordan çayının qərb sahilinin digər şəhərlərindən ayrılması nəticəsində Qəzzə zolağı, bütövlükdə ərəb və islami ölkələrdən ayrı düşüb, bu şəhərin mühasirəsi şiddətlənib və Qüdsdəki fələstinlilərin həyat durumu ciddi problemlərlə üzləşibdir.
Sabah, mübarək Ramazan ayının sonuncu cüməsi, Ümumdünya Qüds günüdür.