Bəhreyn xalqı Qüds günü aksiyasında iştiraka hazırlaşır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195685-bəhreyn_xalqı_qüds_günü_aksiyasında_iştiraka_hazırlaşır
Bəhreynli siyasi və dini şəxsiyyətlər Ümumdünya Qüds günü aksiyasını keçirməyə hazır olduqlarını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2015 10:21 Asia/Baku
  • Bəhreyn xalqı Qüds günü aksiyasında iştiraka hazırlaşır
    Bəhreyn xalqı Qüds günü aksiyasında iştiraka hazırlaşır

Bəhreynli siyasi və dini şəxsiyyətlər Ümumdünya Qüds günü aksiyasını keçirməyə hazır olduqlarını bildiriblər.

Əlaləm informasiya kanalının məlumatına görə, Bəhreynin siyasi və xalq dairələri sabah, Ümumdünya Qüds günü aksiyasında iştiraka hazır olduqlarını bildiriblər.
Bəhreynli siyasi qruplar vurğulayıblar ki, Fələstin xalqının məsələsi bütün müsəlman ümmətə aiddir və İslam Dünyasının taleyi və gələcəyini təyin edəcək.
Bəhreyn 14 fevral koalisiyası da bu ölkə azadələrindən istəyibdir ki, geniş şəkildə Ümumdünya Qüds günü aksiyasında iştirak etsinlər.