Yəmən ordusunun sözçüsü: Hər cür atəşkəs pozuntusuna cavab verəcəyik
İyul 11, 2015 07:33 Asia/Baku
-
Yəmən ordusunun sözçüsü: Hər cür atəşkəs pozuntusuna cavab verəcəyik
Yəmən ordusu bildirib ki, Ərəbistan tərəfindən hər cür atəşkəs pozuntusuna qətiyyətli cavab veriləcək.
Yəmənin Əlməsirə telekanalının məlumatına görə, Yəmən ordusunun sözçüsü Şərəf Loğman dünən bu ölkədə atəşkəsin bərqərarını alqışlayaraq, vurğulayıb ki, Yəmənin ordu və təhlükəsizlik qüvvələri hər cür atəşkəs pozuntusuna var gücü ilə cavab verəcək.Loğman sonra deyib: Yəmən ordusunun Ərəbistan ordusunun hücumlarına reaksiyası öz torpaqlarını müdafiədir ki, beynəlxalq meyar və qanunlar əsasında həyata keçir.
Teqlər