Səudiyyə müxaliflərinin Ərəbistanın hücumlarına cavabı
İyul 11, 2015 18:28 Asia/Baku
"Nəcran azadələri" müxalifət hərəkatı səudiyyəlilərin Yəmənə qarşı hücumlarına cavab olaraq, Ərəbistanın, Nəcran məntəqəsindəki bir hərbi bazasına hücum ediblər.
"Nəcran azadələri" müxalifət hərəkatının rəhbərlərindən olan Əbu Cihad Fars xəbər agentliyi ilə müsahibədə bu hərəkatın qüvvələrinin Ərəbistanın, Nəcran məntəqəsindəki bir hərbi bazasına hücumuna işarə edərək, deyib ki, bu əməliyyatda səudiyyə hərbçilərindən on beş nəfər ölüb, bir qrup da yaralanıbdır."Nəcran azadələri" müxalifət hərəkatının üzvü sonra deyib ki, bu hərəkatın qüvvələri həmçinin ərəbistanlı qüvvələrin bir neçə zirehli avtomobilini məhv etməkdən əlavə, onların müəyyən miqdarda silah və sursatını da qənimət götürə biliblər.
"Nəcran azadələri" müxalifət hərəkatının qüvvələri bundan öncə də Ərəbistanın cənubunda yerləşən Nəcran məntəqəsinin hava limanına hücum edib, Ali-Səud rejiminin qüvvələri ilə toqquşduqdan sonra hava limanını ələ keçiriblər.
Nəcran məntəqəsinin qəbilələri iki həftə bundan öncə Səudiyyə rejiminə qarşı müharibə elan etmiş və Nəcranın Ərəbistanın mərkəzi dövlətindən ayrılmasını istəmişdilər.