Ərəbistanın Yəmənə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195787-Ərəbistanın_yəmənə_hücumları_davam_edir
Yəməndə atəşkəsin elan olunmasına baxmayaraq, Səudiyyə Ərəbistanı ordusu Yəmənin müxtəlif bölgələrini hava və top atəşinə məruz qoyublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2015 05:02 Asia/Baku
  • Ərəbistanın Yəmənə hücumları davam edir
    Ərəbistanın Yəmənə hücumları davam edir

Yəməndə atəşkəsin elan olunmasına baxmayaraq, Səudiyyə Ərəbistanı ordusu Yəmənin müxtəlif bölgələrini hava və top atəşinə məruz qoyublar.

Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı ordusu Yəmənə hava hücumlarını şiddətləndirməklə yanaşı, bu ölkənin sərhəd bölgələrini top atəşinə tutub.
Bu məlumata görə, Ərəbistanın şənbə günü günortadan sonra Yəmənin şimalında sərhəd bölgələrinə arsenal hücumunda çoxlu sayda dinc sakin həlak olub.
Əl-Məsirə əlavə edib: Ərəbistan qırıcı təyyarələri Sədə vilayətində əl-Qumaş məntəqəsini yenidən bombalamağa başlayıb və Həccə vilayətində sərhəd bölgələrinin bombardmanı da davam edir.
Əl-Aləm telekanalı bildirdiyinə görə, səudiyyəlilər Həccə vilayətinin sərhəd bölgələrini raket hücumlarına məruz qoyublar.
Əl-Məsirə telekanalı Yəmən ordusu və xalq qüvvələrinin əl-Qaidə terrorçuları və əl-İslah partiyası tərəfdarları arasında Təiz vilayətində ağır döyüşlərin getdiyini bildirib.
Bu döyüşlər ötən gün səhərdən başlayıb və gecəyə qədər davam edib.
Ərəbistanın Yəmənə hücumları elə bir halda güclənib ki, BMT Yəmənin zərərçəkən vətəndaşlarına humanitar yardım məqsədilə cümə günündən mübarək Ramazan ayının sonuna qədər atəşkəs elan edib.