Səudiyyəlilərin Yəməndə cinayələri: 500 məscid və 30000 ev viran edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195799-səudiyyəlilərin_yəməndə_cinayələri_500_məscid_və_30000_ev_viran_edilib
Cinayətkar Ali-Səud rejimi ABŞ-ın dəstəyi və müttəfiqləri ilə birlikdə təxminən 100 gün ərzində Yəmənin 19 vilayətini 170 mindən çox hədəfə alıb. Bu hücumlar nəticəsində 300 mindən çox yaşayış masivi və təxminən 500 məscid viran olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2015 12:35 Asia/Baku
  • Səudiyyəlilərin Yəməndə cinayələri
    Səudiyyəlilərin Yəməndə cinayələri

Cinayətkar Ali-Səud rejimi ABŞ-ın dəstəyi və müttəfiqləri ilə birlikdə təxminən 100 gün ərzində Yəmənin 19 vilayətini 170 mindən çox hədəfə alıb. Bu hücumlar nəticəsində 300 mindən çox yaşayış masivi və təxminən 500 məscid viran olub.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, əl-Məsirə televiziyası bildirib: Yüz minlərlə yaşayış binası, minlərlə məktəb, təhsil müəssisəsi, məscid, dini məkanlar, xəstəxana, aeroport, liman, körpü, yol, universitet, bazar, elektrik stansiyası, stadion, su sistemləri, telekommunikasiya qovşaqları, dövlət binaları, ərzaq anbarları, ərzaq daşıyan yük maşınları, yanacaq tankerləri, tarixi məkanları, quşçuluq fermaları səudiyyəlilərin hücumlarında viran olub.
Hüquq və İnkişaf Qanuni Mərkəzi 3 iyul tarixində yəni 9 gün öncə hazırda 109-cu gününə daxil olan Ali-Səud rejiminin 99 gün ərzindəki cinayətləri barəsində statistikanı yayımlayıb və bu müddətdə səudiyyəlilərin yeni cinayətlərini də ona əlavə etmək lazımdır.
Səudiyyə rejimi qırıcı təyyarələri elan olunan müddətdə 300 min yaşayış massivini viran ediblər.
Bu müddətdə 305 məktəb və təhsil müəssisəsi səudiyyəlilərin hücumunda məhv olub. 10 aeroport və 6 dəniz limanı bombardman edilib. Yəmənin müxtəlif bölgələrini bir-birinə birləşdirən 250 körpü və yol viran olunub. 167 xəstəxana Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin hücumlarında yerlə-yeksan edilib.
Səudiyyə rejimi 27 universitet və 74 eleketrik stansiyasını viran edib. 700 dövlət binası yerlə-yeksan olub.
Səudiyyə qırıcılarının hücumlarında 69 quş ferması məhv olub. Səudiyyəlilər 67 su sistemini məhv ediblər. 15 stadion yerlə-yeksan olunub. Səudiyyə Ərəbistanı qırıcı təyyarələri 6 taxıl anbarını məhv ediblər. 300 ərzaq maddələri daşıyan yük maşını hədəfə alınaraq məhv edilib.
Səudiyyəli təcavüzkarlar 170 bazarı viran ediblər. 370 ərzaq anbarı səudiyyəli qırıcıların hücumunda viran qalıb.
Səudiyyəlilər hücumlarında 90 yanacaq tankerini və 83 telekommunikasiya qovşağını xarabalığa çeviriblər. 31 tarixi və arxeoloji məkan məhv olunub. 11 media müəssisəsi dağıdılıb. 30 min nəfər ddərgin düşüb.
Səudiyyə qırıcıları bu müddət ərzində Yəmənin 19 vilayətinə 17 mindən çox hücumlar həyata keçirib və Yəmənin strukturlarına ağır xəsarətlər vurublar.
Quru, dəniz və hava mühasirəsi 25 milyon yəmənlini əraq və dərmanın çatmamasına görə, məhv olmaq təhlükəsi qarşısındaqoyub.
Əl-Məsirə televiziyası bu statistikanı bildirərək əlavə edib: Bunlar dünya üçün yalnız statistika həddindədir. Lakin yəmənlilər üçün can vermək və röyaların məhv olması deməkdir. Dünya bilsin ki, yəmənlilər müqaviməti davam etdirəcək, məğlub olmayacaq, bu ölkə şəhidlərinin qanı yeni Yəmənin əsasını qoyacaqdır.