Bağdadda bomba partlayışı 30-dan çox insanın həyatına son qoyub
İyul 13, 2015 08:21 Asia/Baku
-
Bağdadda bomba partlayışı 30-dan çox insanın həyatına son qoyub
İraqın paytaxtı Bağdadda bir kamikadzenin hərəkəti və bomba qoyulmuş iki avtomobilin partlaması nəticəsində 30-dan çox insan həlak olub.
IRNA-nın məlumatına görə, Bağdadın şiə sakinli Əlşəəb və Əlbənuk məhəllələrində bomba qoyulmuş iki avtomobilin partlamasından az sonra bir kamikdadze də özünü Əlşəəb məntəqəsində partladıbdır.Əlməyadin telekanalı bir xəbərdə bu partlayışın tələfatının ilkin sayını 28 nəfər elan edib, amma Röyters informasiya agentliyi həlak olanların sayını 35, yaralıların miqdarını isə 100 nəfərdən çox elan edibdir.