İyul 13, 2015 15:08 Asia/Baku
  • Suriyada bir UNESCO obyekti dağıdılıb
    Suriyada bir UNESCO obyekti dağıdılıb

Suriyanın şimalında yerləşən və UNESCO siyahısına salınmış Hələb qalasının divarı, yaxınlıqda baş verən dəhşətli partlayış nəticəsində qismən dağılıb.

Hələb qalası 1986-cı ildə UNESCO-nun Ümumdünya mirası siyahısına salınmış Köhnə şəhərin bir hissəsidir. Buradakı ən qədimi tikintilər 10-cu əsrə aiddir.

Səhər telekanalının məlumatına görə, partlayış Köhnə şəhərdəki tuneldə, bazar gününə keçən gecə baş verib. Hadisə ilə bağlı məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Hazırda hökumət ordusu Hələbin 60%-ni, o cümlədən mərkəzi, nəzarət altında saxlayır. Qalan ərazilər isə bir neçə silahlı qruplaşmaların əlindədir.

Teqlər