İyul 13, 2015 19:54 Asia/Baku
  • Bəhreyn xalqının Ali-Xəlifə tərəfindən yatırılması davam edir
    Bəhreyn xalqının Ali-Xəlifə tərəfindən yatırılması davam edir

Ali-Xəlifə rejiminin muzdurları Bəhreynin müxtəlif məntəqələrində xalqa basqın edərək, bir neçə vətəndaşı həbs ediblər.

Bəhreynin Mərab xəbər portalının məlumatına görə, Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri bu gün geniş təhlükəsizlik planı icra edərək, Kəranə məntəqəsində onlarla mənzilə basqın və beş bəhreynlini həbs ediblər.
Ali-Xəlifə muzdurları həmçinin Sənabəs, Əlhurə və Həmd şəhərlərində əhalinin mənzillərinə hücum edərək, daha altı nəfəri həbs ediblər.
Əldiraz məntəqəsində də Ali-Xəlifə rejiminin məmurları bir uşağı həbs ediblər. Bəhreynlilərin həbs olunmalarının səbəbi, onların Ali-Xəlifə rejiminə etirazları elan olunubdur. Bununla bağlı, Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri dünən də Bəhreyn Əlvəd cəmiyyətinin keçmiş baş katibi İbrahim Şərifi, azadlığından təkcə 24 günün keçdiyi bir halda bir daha həbs ediblər. Bəhreyn 2011-ci ilin 14 fevralından Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Bəhreynlilər azadlıq, ədalətin bərqərarı və öz ölkələrində xalq tərəfindən seçilmiş bir quruluşun hakimiyyətə gəlməsini istəyirlər.

Teqlər