İyul 14, 2015 13:08 Asia/Baku
  • Qəzzə sakini xəstələrin vəziyyəti ağırdır
    Qəzzə sakini xəstələrin vəziyyəti ağırdır

Fələstinin Səhiyyə Nazirliyi Qəzzə zolağı sakini olan xəstələrin vəziyyətini acınacaqlı adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qədrə bu bölgədə minlərlə xəstəni ölümün hədələdiyini bildirərək deyib: Sionistlərin mühasirəni davam etdirməsi və Qəzzə sərhəd keçidlərinin bağlı olması Qəzzə xəstələrinin vəziyyətini daha da acınacaqlı edib.
Beynəlxalq dairələrin Qəzzənin mühasirəsi qarşısındakı sükutunu tənqid edən Əşrəf əl-Qədrə əlavə edib: Qəzzə ilə həmrəyliyi elan edən tibb heyətləri öz öhdəliklərini yerinə yetirmir və bu məslə xəstələrin və digər sakinlərin problemlərinin artmasına səbəb olub.
Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Qəzzədəki xəstələrin sayına toxunaraq deyib: 3500-dən çox fələstinli xəstənin vəziyyəti acınacaqlıdır. Əəgər onlara kömək edilməzsə, ölüm onların həyatını hədələyəcəkdir.

Teqlər