Yəmənli jurnalistlər Ərəbistandan çıxarılır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195851-yəmənli_jurnalistlər_Ərəbistandan_çıxarılır
Ərəb KİV Ali-Səud rejiminin yəmənli media mənsubları və jurnalistləri Ərəbistandan çıxardığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2015 08:41 Asia/Baku
  • Yəmənli jurnalistlər Ərəbistandan çıxarılır
    Yəmənli jurnalistlər Ərəbistandan çıxarılır

Ərəb KİV Ali-Səud rejiminin yəmənli media mənsubları və jurnalistləri Ərəbistandan çıxardığını bildirib.

Səhər Beynəlxalq Televiziyasının Birləşmiş Ərəb Əmirliklərinin Əxbarus-Saət xəbər portalına istinadla verdiyi məlumata görə, Ərəbistan yəmənli media mənsubları və jurnalistləri, müxtəlif səbəblər, o cümlədən Səudiyyə Ərəbistaını və müttəfiqlərinin Yəmənə qarşı müharibəsinin həqiqi xəbərlərini əks etdirdiyi üçün bu ölkədən çıxarmaq və Misirə göndərmək niyyətindədir.
Halbuki Yəmənin xəbər telekanalları, medialar və internet portalları bu ölkənin istefa vermiş fərari prezidenti Əbdə Rəbbə Mənsur Hadinin nəzarəti ilə Ər-Riyadda fəaliyyət göstərirlər.
Ərəbistan Yəmənə nəzarət və fərari prezident Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarmaq məqsədilə Oman istisna olmaqla 9 ərəb ölkəsi ilə birlikdə 26 martdan Yəmənə qarşı dəniz, hava və quru hücumlarına başlayıb.
Ərəbistanın bu düşmənçiliyi indiyə qədər minlərlə müdafiəsiz Yəmən vətəndaşının həlak olması və yaralanması, eləcə də bu ölkənin infrastrukturlarının məhv olması ilə nəticələnib.