Suriyada Əhrarulşam terror qruplaşmasının başçısı öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195869-suriyada_Əhrarulşam_terror_qruplaşmasının_başçısı_öldürülüb
Suriyada Əhrarulşam terror qruplaşmasının başçısı öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2015 05:02 Asia/Baku
  • Suriyada Əhrarulşam terror qruplaşmasının başçısı öldürülüb
    Suriyada Əhrarulşam terror qruplaşmasının başçısı öldürülüb

Suriyada Əhrarulşam terror qruplaşmasının başçısı öldürülüb.

Press TV-nin məlumatına görə, Əlqaidə-nin tabeliyində olan Əhrarulşam terror qruplaşmasının başçısı Əbu Əbdurrəhman Salqin Suriyanın şimal-qərbində yerləşən Əbu Təlhə məntəqəsində öldürülüb.
Bu məlumata görə, iki naməlum şəxs Əhrarulşam terror qruplaşmasının Suriyanın Ədləb şəhərində yerləşən mərkəzi qərargahında bomba partladaraq, bu terrorçu qruplaşmanın liderini və digər altı baş üzvünü öldürüb.
Dırnaqarası Suriya insan haqları gözətçisi təşkilatı Əbu Əbdurrəhman Salqini Əhrarulşam-ın başçılarından biri adlandırıb.
İndiyədək bir qrup Əhrarulşam terror qruplaşmasının mərkəzi qərargahına hücumun məsuliyyətini üzərinə götürməyib. Bununla belə, İngiltərənin paytaxtı Londonda yerləşən dırnaqarası Suriya insan haqları gözətçisi təşkilatının bildirdiyinə görə, təkfirçi-terrorçu İŞİD qrupu ehtimal üzrə Əhrarulşam terror qruplaşmasının mərkəzi qərargahına qarşı partlayış hücumu həyata keçiribdir.