Ərriyadda bomba qoyulmuş avtomobil partlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195958-Ərriyadda_bomba_qoyulmuş_avtomobil_partlayıb
Bomba qoyulmuş bir avtomobil Ərəbistanın paytaxtı Ərriyadda, bir yoxlama-buraxılış məntəqəsində partlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2015 04:19 Asia/Baku
  • Ərriyadda bomba qoyulmuş avtomobil partlayıb
    Ərriyadda bomba qoyulmuş avtomobil partlayıb

Bomba qoyulmuş bir avtomobil Ərəbistanın paytaxtı Ərriyadda, bir yoxlama-buraxılış məntəqəsində partlayıb.

Əlaləm-in məlumatına görə, Ərəbistan Daxili İşlər Nazirliyi dünən gecə bomba qoyulmuş bir avtomobilin Ərəbistanın paytaxtı Ərriyaddakı bir yoxlama-buraxılış məntəqəsində partlamasını təsdiqləyib. Ərəbistan Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, bu partlayışda avtomobilin sürücüsü ölüb, iki təhlükəsizlik qüvvəsi də yaralanıbdır.
Bundan öncə də Ərəbistanın şərqində iki partlayış baş vermiş, onlarla nəfər ölmüş və ya yaralanmışdı.
Ərəbistan regionda terrorçu İŞİD qrupunun əsas himayəçilərindən biridir və bu qrupa, eləcə də digər terrorçu qruplara əlindən gələn köməyi əsirgəmir.