İyul 17, 2015 08:50 Asia/Baku
  • Bəhreyn xalqı Ali-Xəlifə rejiminə qarşı aksiya keçirib
    Bəhreyn xalqı Ali-Xəlifə rejiminə qarşı aksiya keçirib

Bəhreyn xalqı bu ölkənin müxtəlif şəhərlərində Ali-Xəlifə rejiminin məhbəslərində fəalların işgəncə olunmalarının davam etməsini pisləyərək, aksiya keçirib və məhbusların azadlığa buraxılmalarını tələb edib.

Əlaləm informasiya kanalının məlumatıına görə, Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri zəhərli qaza malik qumbara və qırma güllələrdən istifadə edərək, aksiyaçalara divan tutublar. Nəticədə bir qrup aksiyaçı yaralanıb, aksiyaçıların bəziləri də boğuntu vəziyyətinə düşüblər.
Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri Əlbilad Əlqədim məntəqəsini zəhərli qaza qərq ediblər və Bəhreyn təhlükəsizlik qüvvələrinin bir hissəsi də Kəranə, Əldiraz və Sar məntəqələrində bir qrup vətəndaşı həbs ediblər.
Beynəlxalq Amnistiya Təşkilatı da bir bəyanat yayaraq, Bəhreyndə Vəd cəmiyyətinin keçmiş baş katibi İbrahim Şərifin həbs olunmasını onun söz azadlığı üzrə haqqının pozulması adlandırıb və onun tezliklə və qeyd-şərtsiz azad olunmasını istəyibdir.
Digər tərəfdən, Bəhreyn İnsan Haqları Gözətçisi Təşkilatı Ali-Xəlifə rejiminin, bəzisinin 400 ildən yuxarı keçmişə malik olan 38 məscidin dağıdılması amillərinin mühakiməsindən qaçmasını pisləyibdir.
Bəhreyn İnsan Haqları Gözətçisi Təşkilatında Dini Azadlıqlar Bölməsinin məsul şəxsi Şeyx Meysəm Əlsəlman vurğualyıb ki, bəhreynli məsul şəxslərin məscidlərin dağıdılması sahəsindəki rolu haqda beynəlxalq hüquq hesabatlarını sənədləşdirib və bu cinayətin amillərinin mühakiməsi və dağıdılmış bütün məscidlərin onların əsas məkanında bərpasını istəyir.

Teqlər