İraqda 130 İŞİD silahlısı məhv edilib
İyul 17, 2015 09:52 Asia/Baku
İraqın hərbi aviasiyası Ələnbar vilayətində sutka ərzində 130 İŞİD qruplaşmasının silahlısını məhv edib.
Səhər telekanalının məlumatına görə, bu barədə İraqın Müdafiə Nazirliyi açıqlama yayıb.Məlumatda bildirilir ki, Hərbi-Hava Qüvvələrinin endirdikləri zərbələr nəticəsində Əlhaldiyyə şəhəri ətrafında 60 ekstremist, 14 nəqliyyat vasitəsi və 8 hərbi istehkam, Ərrəmadi şəhərində isə 70 terrorçu məhv edilib.
Qeyd edək ki, iyulun 13-də İraqın hərbi komandanlığı İŞİD-in Ələnbar vilayətindəki mövqelərinə doğru hücuma keçib. Keçirilən əməliyyatın əsas hədəfi, terrorçuların nəzarəti altında olan Ərrəmadi və Fəllucə şəhərləridir.