İyul 17, 2015 13:36 Asia/Baku
  • Region ölkələri sionist rejimin nüvə cəbbəxanalarından nigarandırlar
    Region ölkələri sionist rejimin nüvə cəbbəxanalarından nigarandırlar

Suriya prezidentinin siyasi və informasiya məsələləri üzrə müşaviri deyib ki, region ölkələri sionist rejimin nüvə cəbbəxanalarından nigarandırlar.

Suriya xəbər agentliyinin məlumatına görə, Suriya prezidentinin siyasi və informasiya məsələləri üzrə müşaviri Bəsinə Şəban dünən BBC-nin ərəb bölməsi ilə müsahibədə söyləyib: İsrail rejiminin nüvə cəbbəxanaları və kütləvi qırğın silahları region ölkələri üçün nigaranedicidir və regionun bu növ silahlardan təmizlənməsi Suriya, İran və Rusiyanın daimi siyasətləri olub.
Suriya xəbər agentliyinin məlumatına görə, Suriya prezidentinin siyasi və informasiya məsələləri üzrə müşaviri Qərbin "sionist rejimin tərəfini saxlama" siyasətinə işarə edərək, deyib: Suriya ümidvardır ki, İranın 5+1 ölkələri ilə razılaşması Tehranın dünya və region səviyyələrində terrorizmlə mübarizədə daha mühüm rol oynamasına və öz nüvə proqramının dinc məqsədlər daşıdığını dünya xalqlarına sübut etməsinə səbəb olacaq.
Bəsinə Şəban sonra deyib: Biz bu razılaşmanın imzalanmasından çox şadıq və bu razılaşmanı region və dünyanın gələcəyi üçün dönüş nöqtəsi hesab edirik.
Suriya prezidentinin siyasi və informasiya məsələləri üzrə müşaviri ümidarlıq edib ki, İran dinc nüvə texnologiyasını genişləndirməklə region və dünya xalqlarının problemlərinin həlli istiqamətində səy göstərəcək və Altılığın İranla razılaşması Yaxın Şərq regionunun kütləvi qırğın silahlarından təmizlənməsi istiqamətində real addım olmuş olacaq.

Teqlər