Səudiyyə qırıcıları Fitir bayramında Yəmənə hücum ediblər
İyul 17, 2015 12:09 Asia/Baku
-
Səudiyyə qırıcıları Fitir bayramında Yəmənə hücum ediblər
Səudiyyə qırıcıları Fitir bayramının səhərində Səna hava limanı daxil olmaqla Yəmənin müxtəlif məntəqələrini bombalayıblar.
Əlməyadin telekanalının məlumatına görə, Ərəbistan qırıcıları Yəməndə ən mühüm islami bayramlardan sayılan Fitir bayramının gəlib çatmasına məhəl qoymadan Sənada Əldiyləmi hava bazasını bombalayıblar.Səədə vilayətində də bir uşaq daxil olmaqla bir ailənin üç üzvü səudiyyəli təcavüzkarların hava hücumlarında həlak olub.
Dünən gecə Səədə və İbb vilayətlərində də bir qrup insan həlak olub və ya yaralnıbdır.
Belə bir halda, Ədən şəhərində Yəmənin ordusu və xalq komitələri ilə səudiyyəli təcavüzkarlar və Əlqaidə terrorşiıarı arasında ağır döyüşlər davam edir.
Yəmənin ordusu və xalq komitələri Ədən aeroportu ətrafında onlarla Əlqaidə ünsürünü öldürüblər.
Yəmənin istefa vermiş dövlətinin baş naziri və bu ölkənin fərari prezidentinin müavini Xalid Bihah bu gün iddia edib ki, Ədən və onun hava limanı bir neçə gün husilərlə toqquşmadan sonra bu gün ərəbistanlı qüvvələrin və Mənsur Hadinin tərəfdarlarının tam nəzarəti altına keçib.
Ərəbistanın tabeliyində olan təcavüzkarlar Ədən şəhərini ələ keçirmək üçün dəniz vasitəsilə bu səhərə yüzlərlə hərbi avtomobil köçürüblər və səudiyyə qırıcıları da geniş hava hücumları ilə hərbi təchizatların köçürülməsini himayə edirlər.
Yəmənin fərari dövlətinin bir qrup üzvü bu ölkənin kəşfiyyat xidmətlərinin üzvləri ilə yanaşı, dünən Ədənə geri dönüb. Belə bir halda, Ənsarullah hərəkatının lideri Seyid Əbdulmalik Əl-HUusi Fitir bayramı münasibəti ilə verdiyi müraciətdə təcavüzkarların Ədəndən çıxarılmaları vacibliyini vurğulayıbdır.
Teqlər