Ərdoğanın HDP-dən istəyi: PKK ilə əlaqələri kəs
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196000-Ərdoğanın_hdp_dən_istəyi_pkk_ilə_əlaqələri_kəs
Türkiyə prezidenti Xalqların Demokratik Partiyasından(HDP) PKK ilə əlaqələrini kəsməsini istədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 18, 2015 08:37 Asia/Baku
  • Rəcəb Təyyib Ərdoğan
    Rəcəb Təyyib Ərdoğan

Türkiyə prezidenti Xalqların Demokratik Partiyasından(HDP) PKK ilə əlaqələrini kəsməsini istədi.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan cümə günü HDP-ni PKK qruplaşması ilə əlaqələrə malik olmaqda ittiham edərək, bu partiyadan parlamentdə 80 yerə malik olmasını nəzərə alaraq, PKK ilə əlaqələrini kəsməsini istəyib.
Türkiyə prezidenti deyib: Parlamentə daxil olmağı bacaran bir partiya öz işini ən yaxşı formada qurmalıdır. Amma, belə nəzərə gəlir ki, onlar, birbaşa şəkildə olmasa da, dolayısı yolla terrorçu təşkilat ilə əlaqələrini qoruyub, saxlayıblar.
Fitr bayramı namazında iştirak etdikdən sonra çıxış edən Ərdoğan Türkiyənin kürd sakinli məntəqələrinə və bu məntəqə sakinlərinin son parlament seçkilərindəki səslərinin ünvanına işarə edərək, deyib: Kürdləri himayə edən partiya yüzlərlə kəndin səsini əldə etdi. Halbuki, digər partiyalar orada heç bir səs toplaya bilmədilər. Bu isə, həmin məntəqədə yaşayan insanların silah gücünə təhdid edilməsindən xəbər verir.