Mənsur Hadi muzdlularının Ədən uğursuzluğu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196003-mənsur_hadi_muzdlularının_Ədən_uğursuzluğu
Yəmən ordusu və xalq qüvvələri istefada olan fərari prezidentə bağlı silahlı qüvvələrin Ədən şəhərinin Təvahi məntəqəsinə qarşı geniş hücumunu zərərsizləşdiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 18, 2015 09:44 Asia/Baku
  • Mənsur Hadi muzdlularının Ədən uğursuzluğu
    Mənsur Hadi muzdlularının Ədən uğursuzluğu

Yəmən ordusu və xalq qüvvələri istefada olan fərari prezidentə bağlı silahlı qüvvələrin Ədən şəhərinin Təvahi məntəqəsinə qarşı geniş hücumunu zərərsizləşdiriblər.

Livanın əl-Məyadin informasiya kanalının bu gün, şənbə verdiyi məlumata görə, Yəmənin hərbi mənbələri bildiriblər ki, ordu və xalq qüvvələri fərari prezident Əbd Rəbbə Mənsur Hadiyə bağlı silahlı qüvvələrin Ədən şəhərinin Təvahi məntəqəsinə qarşı geniş hücumunu zərərsizləşdirməyə və onları geri oturtmağa nail olublar.
Yəmən ordusu həmçinin, Ədən hava limanına yaxın məntəqədə bir qrup yaraqlının mühasirəyə düşməsindən xəbər verib.
Digər tərəfdən Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın Məəzab hərbi bazasını 10 ədəd raket ilə hədəfə alıblar.
Ərəbistan qırıcıları isə cümə günü gecə saatlarında Yəmənin İb və Sədə vilayətlərində müxtəlif məntəqələrə qarşı hücumlar həyata keçiriblər. Nəticədə bir qrup günahsız insan ölüb və yaralanıb.
Ərəbistan qırıcıları Yəmənin paytaxtı Səna şəhərində, hava limanında yerləşən Dilma hava bazasını da bombardman ediblər.