Ərəbistanın Yəmənə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196017-Ərəbistanın_yəmənə_hücumları_davam_edir
Ərəbistan qırıcılarının Yəmənə olan hücumlarının davamında 19 nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2015 08:54 Asia/Baku
  • Ərəbistanın Yəmənə hücumları davam edir
    Ərəbistanın Yəmənə hücumları davam edir

Ərəbistan qırıcılarının Yəmənə olan hücumlarının davamında 19 nəfər həlak olub.

Livanın əl-Əhd informasiya portalının verdiyi məlumata görə, Ərəbistan qırıcıları bazar günü Yəmənin şimalında, Sədə vilayətində Ali Məqnə yaşayış məntəqəsini 2 mərhələdə hədəfə alıblar. Nəticədə 19 nəfər həlak olub, bir neçə nəfər də yaralanıb.
Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri həmçinin, Yəmənin mərkəzində yerləşən Məarib vilayətində, Şəələ hərbi bazasını habelə, Safir məntəqəsində qaz boru kəmərini bombardman ediblər.
Yəmənin cənubunda, Ədən şəhərində də toqquşmaların şiddətlənməsinin ardınca İŞİD terrorçuları və bu qruplaşmanın tərəfdarları "Twitter" sosial şəbəkəsində fotoşəkillər yayımlayıblar. Bu fotoşəkillərdən aydın olur ki, Ədəndə Yəmən ordusu və xalq qüvvələrinə qarşı döyüşlərdə İŞİD terrorçuları da iştirak edirlər.
Bu arada Yəmən ordusu və xalq qüvvələrinin dünən Ərəbistanın Cizan məntəqəsində yerləşən Məlhə hərbi bazasını 2 ədəd raketlə hədəfə aldıqları bildirilir.