Terrorçuların Yəmənin Ləhəc hava bazasına uğursuz hücumu
İyul 20, 2015 05:20 Asia/Baku
-
Terrorçuların Yəmənin Ləhəc hava bazasına uğursuz hücumu
Yəmən ordusu və xalq komitələri Səudiyə Ərəbistanı və fərari prezidentə bağlı terrorçular və yaraqlıların Ləhəc hava bazasına hücumunu önləyib.
Əl-Aləm kanalının məlumatına görə, Yəmənin hərbi mənbələri ordu və xalq qüvvələrinin terrorçuların hücumunu önlədiyindən xəbər verərək, onlarla yaraqlının məhv edildiyini bildiriblər. Bir qrup terrorçunun da əsir alındığı bildirilir.Digər tərəfdən Ədən şəhərindən daxil olan məlumatlara görə, Yəmən ordusu və xalq qüvvələri təkfirçi qüvvələr ilə gedən ağır döyüşlərin ardınca, bir neçə istiqamətdən irəliləməyə başlayıblar.
Bu arada Ərəbistan qırıcılarının Yəmənin İb vilayətində, Yərim şəhərinə olan hücumlarında ölənlərin sayı 22-yə çatıb. Bu hücum zamanı 30 nəfərin də yaralandığı bildirilir.
Sədə vilayətində də qadınların toplaşdığı bir məkan Ərəbistan qırıcılarının hücumuna məruz qalıb. 2 qadın həlak olub, bir neçəsi də yaralanıb.
Teqlər