İyul 20, 2015 15:53 Asia/Baku
  • Sionist rejim ordusu Qəzzə zolağına hücum edib
    Sionist rejim ordusu Qəzzə zolağına hücum edib

Fələstin mənbələri sionist rejim hərbçilərinin Qəzzə zolağına hücum etməsindən xəbər veriblər.

Fələsin informasiya agentliyinin verdiyi məlumata görə, sionist rejim hərbçiləri bu gün səhər Qəzzə zolağının şərqində, Zeytun məhəlləsi sakinlərinin evlərinə və əkin sahələrinə hücum edərək, əkin sahələrinə ciddi zərər və ziyan yetiriblər.
Fələstin mənbələri həmçinin sionist rejim ordusunun hərbi maşınları və təchizatlarının Qəzzə zolağı ilə sərhəd məntəqədə qeyri-adi hərəkətliliyə malik olmasından xəbər veriblər. İsrail rejimi ötən ilin yayında Qəzzəyə qarşı 50 günlük müharibənin ardınca Həmas ilə imzaladığı atəşkəs müqaviləsini davamlı olaraq pozur və Qəzzə zolağına hücumlar edərək, fələstinliləri hədəfə alır.
İşğal olunmuş Fələstindən daxil olan məlumatlarda həmçinin bildirilir ki, sionist rejim hərbçiləri bu gün səhər 17 yaşlı bir fələstinlini əl-Əqsa məscidinin yaxınlığında, Rəsül-Əmud məntəqəsində həbs ediblər.

Teqlər