Zibdani ovalığı terrorçuların işğalından azad edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196090-zibdani_ovalığı_terrorçuların_işğalından_azad_edildi
Suriya ordusu və Hizbullah qüvvələri Zibdani ovalığını təkfirçi-sionist terrorçu ünsürlərdən tamamilə təmizləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2015 05:08 Asia/Baku
  • Zibdani ovalığı terrorçuların işğalından azad edildi
    Zibdani ovalığı terrorçuların işğalından azad edildi

Suriya ordusu və Hizbullah qüvvələri Zibdani ovalığını təkfirçi-sionist terrorçu ünsürlərdən tamamilə təmizləyib.

İRİB-nin məlumatına görə, Suriya ordusunun siyasi bürosu bir bəyanat yayaraq, ordu və Livan Hizbullahı qüvvələrinin Zibdani məntəqəsində birgə həyata keçirdiyi əməliyyat zamanı çoxlu sayda terrorçunun və terrorçulara məxsus hərbi təchizatların məhv edilməsindən xəbər verib.
Zibdani məntəqəsi Suriya və Livan sərhədlərində, Dəməşqin 50 kilometrliyində yerləşir. Bu məntəqə hərbi baxımdan strateji əhəmiyyət daşıması ilə yanaşı, 6 milyon əhalisi olan Dəməşq şəhərini içməli su ilə təmin edəcək su qaynaqları da məhz bu məntəqədə yerləşir. Terrorçular müqavimət qüvvələri və Suriya ordusunun irəliləməsini durdurmaq üçün 10 gün idi ki, Dəməşqə gedən içməli suyu bağlamışdılar.