"Xorasan" qruplaşmasının başçısı Suriyada öldürüldü
İyul 22, 2015 10:01 Asia/Baku
-
"Xorasan" qruplaşmasının başçısı Suriyada öldürüldü
ABŞ rəsmiləri çərşənbə axşamı Suriya ordusunun hava hücumları zamanı "Xorasan" terror qruplaşmasının liderinin həlak olmasından xəbər veriblər.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ rəsmiləri bildiriblər ki, "Xorasan" adlı terror qruplaşmasının əsas lideri Suriyada öldürülüb.Vaşinqtonun iddiasına görə, Möhsün Fəzli 8 iyul tarixində Suriya ordusunun hava hücumları zamanı həlak olub.
Bir il bundan öncəyə kimi "Xoarasan" adlı terror qruplaşmasının varlığına dəlalət edəcək hansısa faktın olmasına baxmayaraq, Suriyada böhranın başlanmasından bir müddət sonra Vaşinqton gözlənilmədən belə bir qrupun varlığını elan etdi. ABŞ rəsmiləri iddia edirlər ki, "Xorasan" qruplaşması əl-Qaidənin qollarından biridir və öz qüvvələrini Pakistandan Suriyaya göndərib.
APTN xəbər agentliyi bu barədə yazır: Bu haqda məlumat verən ABŞ rəsmiləri adlarının gizli saxlanılmasını istəyiblər.
Vaşinqton bundan öncə Fəzlinin başına 7 milyon dollar mükafat təyin etmişdi.