Türkiyədən daha bir acı xəbər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196100-türkiyədən_daha_bir_acı_xəbər
Türkiyənin Şanlıurfa vilayətində 2 polis əməkdaşının meyiti aşkarlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2015 10:12 Asia/Baku
  • Türkiyədən daha bir acı xəbər
    Türkiyədən daha bir acı xəbər

Türkiyənin Şanlıurfa vilayətində 2 polis əməkdaşının meyiti aşkarlanıb.


Şanlıurfa valisi İzzəddin Küçük vilayətin Ceylanpınar qəsəbəsində eyni evdə qalan və çevik polis alayında xidmət edən 2 polis məmurunun meyitinin tapıldığını bildirib. Polis əməkdaşları başlarından güllə ilə vurularaq öldürülüblər.

İ. Küçük olayın terror olub-olmadığını hələlik bilmədiklərini söyləyib. Hadisə yerində tədqiqat aparılır.

Xatırladaq ki, iyulun 20-də Şanlıurfanın Suruç rayonunda törədilən terror aksiyası zamanı 32 nəfər ölüb.