Ərəbistan Yəmənin cənubuna silahlar göndərir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196133-Ərəbistan_yəmənin_cənubuna_silahlar_göndərir
Ərəbistan çoxlu sayda yəmənlinin həlak olmasına etina etmədən Yəmənin cənubundakı silahlılara hərbi və sursat göndərməyi davam etdirməkdə israrlıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 23, 2015 09:18 Asia/Baku
  • Ərəbistan Yəmənin cənubuna silahlar göndərir
    Ərəbistan Yəmənin cənubuna silahlar göndərir

Ərəbistan çoxlu sayda yəmənlinin həlak olmasına etina etmədən Yəmənin cənubundakı silahlılara hərbi və sursat göndərməyi davam etdirməkdə israrlıdır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Yəməndə Ərəbistan qüvvələrinin komandanı Əhməd Əsiri əl-Həds televiziyası ilə müsahibədə deyib: Ədən aeroportunun açılması Əbd Rəbbə Mənsur Hadinin tərəfdarları üçün silah-sursatların göndərilməsi üçün önəmli addımdır.
Halbuki Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadinin silahlı tərəfdarları üçün kömək yardımı aparan Ərəbistanın bir hərbi təyyarəsi ötən gün Ədən aeroportuna eniş edib.
Ötən həftə də Ərəbistanın hərbi təyyarələri Amerika istehsalı olan silahlar, o cümlədən raketləri Ədəndəki silahlı qruplaşmalara çatdırıblar.
Ərəbistanın hərbi gəmiləri də 75 zirehli hərbi vasitəni Ədəndə silahlı qüvvələrə veriblər.