Türkiyədə polis şöbəsinə silahlı hücum
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196142-türkiyədə_polis_şöbəsinə_silahlı_hücum
Türkiyənin cənub şərqində yerləşən kürdsakinli Diyarbəkir şəhərində polis şöbəsinə silahlı basqın iki polisin yaralanması ilə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 23, 2015 14:51 Asia/Baku
  • Türkiyədə polis şöbəsinə silahlı hücum
    Türkiyədə polis şöbəsinə silahlı hücum

Türkiyənin cənub şərqində yerləşən kürdsakinli Diyarbəkir şəhərində polis şöbəsinə silahlı basqın iki polisin yaralanması ilə nəticələnib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Türkiyə televiziyaları bildiriblər ki, naməlum şəxslərin Diyarbəkir polis şöbəsinə hücumu nəticəsində 2 polis yaralanıb.
Ötən gün Şanlı Urfa vilayətinin tabeliyində olan Ceylan Pınar rayonunda iki polis atəş açılıb və öldürülüb. PKK qruplaşması bu aktın məsuliyyətini üzərinə götürüb.
Bazar ertəsi günü də həmin vilayətin Suruç rayonunda İŞİD-çi olduğu deyilən kamikadzenin törətdiyi akt nəticəsində 32 nəfər həlak olub.