Səudiyyə rejimi hava hücumlarında Nəcran əhalisini kütləvi qırğın edib
İyul 23, 2015 16:42 Asia/Baku
-
Səudiyyə rejimi hava hücumlarında Nəcran əhalisini kütləvi qırğın edib
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Ərəbistanın cənubunda Nəcran məntəqəsində müdafiəsiz sakinlərin bir qrupunu qırğın ediblər.
Səhər Beynəlxalq Televiziyasının əl-Vəi Nyuz portalına istinadla verdiyi məlumata görə, Səudiyyə qırıcılarının cümə axşamı günü Nəcran məntəqəsinə hücumunda bir qrup yəmənli həlak olub və yaralanıb.Digər tərəfdən səudiyyəlilərin Yəmənə hücumuna reaksiyada Nəcran Azadələri Hərəkatının qüvvələri Ərəbistanın Nəcrandakı hərbi mövqelərinə hücum edərək bir qrup səudiyyəli hərbçini öldürüblər.
Bir neçə il öncə səudiyyə rejimi Yəmənin kənarlaşdırılmış prezidenti Əli Abdulla Salehə külli miqdarda pul verərək Yəmənin şimalnda Əsir, Cizan və Nəcran vilayətlərini sabiq Yəmən hökumətindən icarəyə götürüb və bir neçə il sonra isə Ərəbistan ərazisinə ilhaq edib.
Nəcran vilayətinin qəbilələri də ötən 17 iyunda Səudiyyə rejimi ilə müharibə elan edərək Nəcranın Ərəbistanın mərkəzi hökumətindən ayrılmasını tələb ediblər.
Teqlər