Ərəbistanın sərhəd bazaları yəmənlilərin raket hücumlarının mərkəzinə çevrilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196180-Ərəbistanın_sərhəd_bazaları_yəmənlilərin_raket_hücumlarının_mərkəzinə_çevrilib
Yəmən ordusu və xalq qüvvələri Ali-Səud rejiminin bombardman və təcavüzünün davam etməsinə reaksiyada onlarla raket və mərmini ƏRəbistnaın sərhəd bazalarına atıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2015 04:34 Asia/Baku
  • Ərəbistanın sərhəd bazaları yəmənlilərin raket hücumlarının mərkəzinə çevrilib
    Ərəbistanın sərhəd bazaları yəmənlilərin raket hücumlarının mərkəzinə çevrilib

Yəmən ordusu və xalq qüvvələri Ali-Səud rejiminin bombardman və təcavüzünün davam etməsinə reaksiyada onlarla raket və mərmini ƏRəbistnaın sərhəd bazalarına atıblar.

Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin xəbər telekanalına istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın qırıcı təyyarələri cümə günü Zimar, Səəd və Təiz vialyətlərini bir neçə dəfə bombalayıblar.
Həmçinin Ləhic vilayətinin əl-Ənd bazasının ətrafında ağır döyüş gedir və Yəmən ordusu bu bölgəyə tam nəzarət edir.
Ədənin şimal cəbhələrində döyüşlər və Ərəbistnaın qırıcı təyyarələrinn əl-Xəzra şəhərinə hücumu da davam edir.
Ərəbistan Oman istisna olmaqla 9 ərəb ölkəsi ilə birlikdə 26 martdan Yəmənə qarşı irimiyqaslı hücumlara başlayıb. Ərəbistan Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaq məqsədini güdür.
Bu koalisiyanın hücumları nəticəsində Yəmənin infrastrukturları, xəstəxanalar, məktəblər və evlər viran olmuş və minlərlə yəmənli, o cmülədən yüzlərlə qadın və uşaq həlak olmuş və yaralanmışdır. On minlərlə nəfər cümə günü Sənada irimiqyaslı aksiya keçirərək səudiyyəlilərin hücumlarının davam etməsi və beynəlxalq təşkilatların bu hücumlar qarşısında sükut etməsini pisləyərək bildiriblər ki, yəmənlilər Ərəbistanın hücumlarının davam etməsinə strateji cavabı verməyə hazırdırlar.