Yəməndə BƏƏ hərbçiləri əsir götürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196188-yəməndə_bƏƏ_hərbçiləri_əsir_götürülüb
Ərəb KİV Yəmənin cənubunda Ədən şəhərinə hücumda Ərəbistana kömək edən Birləşmiş Ərəb Əmirliklərinin bir qrup hərbçisinin əsir götürüldüyünü bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2015 09:49 Asia/Baku
  • Yəməndə BƏƏ hərbçiləri əsir götürülüb
    Yəməndə BƏƏ hərbçiləri əsir götürülüb

Ərəb KİV Yəmənin cənubunda Ədən şəhərinə hücumda Ərəbistana kömək edən Birləşmiş Ərəb Əmirliklərinin bir qrup hərbçisinin əsir götürüldüyünü bildirib.

Səhər Beynəlxalq Televiziyasının BƏƏ-nin Əxbarus-Saət xəbər portalına istinadla verdiyi məlumata görə, Yəmən ordusu bildirib ki, Ərəbistanın Ədən şəhərinə hücumlarında iştirak edən bəzi BƏƏ hərbçisi əsir götürülüb və bəzisi də öldürülüb.
Bununla əlaqədar BƏƏ Silahlı Qüvvələrin Baş Komandanlığı bir bəyanatda Ərəbistan və müttəfiqlərinin Yəmənə hücumlarında iştirak edən bəzi BƏƏ-li hərbçilərdən biri Seyf Yusif Əhməd əl-Fəlasinin ölüm xəbərini təsdiqləyib.
Ərəbistan bir qrup ərəb müttəfiqi ilə ötən mart ayından Yəmən ərzisinə hücumlara başlayıb.
BƏƏ 2 ay öncədən ABŞ-la əlbir olaraq 40 BƏƏ-li zabit və təlimatçını çoxlu miqdarda silah-sursat və modern hərbi avtomobillə birlikdə əl-Qaidə terror qruplaşmasını dəstəkləmək strategiyası ilə silahlı qruplaşmaların təşkil olunması məqsədilə Ədən şəhərinə ezam edib.