İyul 25, 2015 15:23 Asia/Baku
  • Əl-Anbarda İŞİD-in əsas yardım yolları kəsilib
    Əl-Anbarda İŞİD-in əsas yardım yolları kəsilib

İraqın xalq səfərbər qüvvələrinin sözçüsü deyib: Əl-Anbar vilayətində Fəllucənin azad olunması üçün başlanan əməliyyat İŞİD terror qruplaşmasının əsas yardım yollarının kəsilməsi ilə yanaşı olub.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Kərim əl-Nuri Fars Xəbər Agentliyi ilə müsahibədə deyib: Əl-Anbar vilayətində terrorçulara yardım üçün Mosul vasitəsi ilə istifadə olunan əl-Cəzirə məntəqəsi İran ordusu və xalq könüllü qüvvələrinin köməyi ilə bağlanıb.
Sivillərin Fəllucədən təhlükəsiz çıxması üçün könüllü qüvvələr tərəfindən keçidin yaradıldığına toxunan əl-Nuri əlavə edib: İraqın hərbi qüvvələrinin İŞİD terrorçuları ilə toqquşmalarının kənarında bu qüvvələrin də terrorçulara qarşı əməliyyatları Fəllucənin mərkəzinə hücumla davam edəcək.
Əl-Nuri bildirib: Hazırda hərbi təchizatın müştərək qüvvələrə çatması gözlənilir.
Əl-Anbar vilayətinin azad olunması əməliyyatı ötən həftə bazar ertəsi günündən on min iraqlı qüvvənin iştirakı ilə başlanıb.

Teqlər