Ali-Səudun Yəməndə cinayətləri davam edir
İyul 25, 2015 13:38 Asia/Baku
-
Ali-Səudun Yəməndə cinayətləri davam edir
Ali-Səud rejimi qırıcı təyyarələrinin Yəmənə hücumunda onlarla yəmənli həlak olub və yaralanıb.
Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə xəbər telekanalına istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qırıcı təyyarələrinin şənbə günü Təiz vilayətinin əl-Məxa şəhərinin yaşayış məntəqəsinə hücumunda 70 yəmənli sivil həlak olub, 100-dən çox insan yaralanıb.Səudiyyə qırıcılarının Yəmənə digər bir hücumunda Marib şəhərinin mərkəzi hədəfə alınıb. Bu hücum nəticəsində bir neçə Yəmən vətəndaşı həlak olub.
Yəmənin Müdafiə Nazirliyində bir hərbi rəsmi Ərəbistanın bu ölkəyə hücumlarının davam etməsinə toxunaraq deyib: Ordu və xalq qüvvələri Ərəbistanın Yəmənə hücumlarının davam etməsinə reaksiyada Cizan sərhəd məntəqəsi yaxınlığında Ərəbistanın əl-Xubə və əl-Məğrab hərbi mövqelərini hədəfə alıblar.
Yəməndən əldə olunan digər bir məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yəmən üzrə rəhbəri Antuan Qrand Ərəbistanın Yəmənə hücumlarının şiddətlənməsindən nigaranlıq edib.
Antuan Qrand deyib: Su, ərzaq və yanacaq çatışmazlığı Yəmən vətəndaşları üçün analoqu olmayan problemlər yaratmışdır.
Qrand Ərəbistan və müttəfiqlərini Yəmən vətəndaşlarına hörmətlə yanaşmağa, beynəlxalq humanist qaydalara və şəhər infrastrukturlarına hörmət bəsləməyə çağırıb.
Ərəbistan qırıcıları 2015-ci il 26 martdan bəri Yəmənin müxtəlif bölgələrinə hava hücumları edirlər. Bu hücumlar nəticəsində Yəmən əhalisinin təxminən 80%-ni təşkil edən 21 milyon vətəndaş humanitar yardımlara ehtiyaclıdır.
Teqlər