Ərəbistanın Yəmənə hücumları davam edir
İyul 26, 2015 05:51 Asia/Baku
-
Ərəbistanın Yəmənə hücumları davam edir
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənin müxtəlif bölglərini bombardman etməkdədirlər.
Şənbə günü də Ərəbistanın hava hücumları nəticəsində Təiz vilayətinin əl-Məxa şəhərində 70 sivil həlak olub.
Səudiyyə qırıcıları həmçinin Sədə vilayətində Bəni Məaz məntəqəsinə iki dəfə hücum ediblər.
Yəmənin cənubunda Ləhic vilayətinin Ləbuzə bazası da 4 dəfə Ərəbistan qırıcılarının hücumlarına məruz qalıb.
Məlumata görə, Yəmən paytaxtı Səna səmasında təcavüzkar təyyarələrin uçuşları davam edir.
Səudiyyə qırıcıları İmran, Həccə, Zimar və Couf vilayətlərində bir sıra bölgələri bombardman ediblər.
Digər tərəfdən Yəmən ordusu və xalq qüvvələri təiz vilayətində Məşruə və Hədnan şəhərlərinin kəndlərinə nəzarəti üzərinə götürüb və Ərəbistana və fərari prezident Əbd Rəbbə Mənsur Hadiyə bağlı çoxlu sayda ünsürü öldürüblər.
Bu ünsürlərdən bir qrupu da Yəmən ordusu və xalq qüvvələri tərəfindən əsir götürülüb.
Ərəbistan bildirib ki, bazar günü gecədən Yəməndə atəşkəs bərqərar edəcək. Halbuki Ər-Riyad Fitr bayramı münasibəti ilə BMT tərəfindən elan olunan atəşkəsi pozdu.
Ərəbistan bundan öncə may ayında özü elan etdiyi atəşkəsi pozmuşdu.
Teqlər