"Qərbin diktəsini heç vaxt qəbul etməyəcəyik"
İyul 26, 2015 15:31 Asia/Baku
-
Bəşşar Əsəd
Suriya prezidenti bildirib: Suriya böhranından xilas olmaq üçün həqiqi siyasi həll yolunu terrorizmin kökünü kəsməklə yanaşı irəlilədirik.
Səhər Beynəlxalq Televiziyasının verdiyi məlumata görə, Suriya prezidenti Bəşşar Əsəd bu gün Suriyanın ictimai təşkilatları, müxtəlif birliklər, ticarət, sənaye, kənd təsərrüfatı və turizm palatalarının üzvləri ilə görüşdə deyib: Suriya hökuməti bu böhrana son qoymaq üçün siyasi həl yolunu istəyir. Lakin qərbin diktəsini heç vaxt qəbul etməyəcək.Xaricdəki müxaliflər və silahlı terror qruplaşmaların Qərbi dinlədiklərini bildirən Əsəd deyib: Bu tərəflərlə danışıqlar əbəsdir. Çünki bunlar yalnız qərb ölkələrinin tələblərini gerçəkləşdirməyə can atırlar.
Teqlər